Gəncədə ərzaq mağazası yanıb
Gəncənin Vaqif küçəsində Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Mağaza yararsız hala düşüb. Alov FHN-nin əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Lalə Nəsib