Gəncədə 5 otaqlı ev tamamilə yanıb
Gəncədə güclü yanğın hadisəsi baş verib. Şəhərin Ordubadi küçəsində Emil Aslanova məxsus, 5 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlər alovun yayılmasına imkan verməyib, xəsarət alan yoxdur. Hadisənin səbəbləri araşdırılır.
Lalə Nəsib