Canlı
Gəncədə ali və orta ixtisas məktəblərinin tələbələri arasında futzal yarışı keçirilib

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə münasibətilə futzal yarışı keçirilib. Yerli Olimpiya Kompleksində baş tutan oyunlarda ali və orta ixtisas məktəblərinin tələbələri güclünü müəyyənləşdirib. Yarışda 4 komanda – Gəncə Dövlət Universiteti, Texlonogiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Regional kollecin təmsilçiləri iştirak edib. Yarışın həlledici görüşündə müəllimlərlə texnoloqlar üz-üzə gəlib. 1:0 hesabı ilə qələbə qazanan Gəncə Dövlət Universiteti turnirin qalibi olub.

Vüsalə Camal