Gəncədə aqrar sektorda innovasiya və startapların əhəmiyyətindən danışılıb
Azərbaycanda aqrar startap ekosisteminin inkişafı və gənclərin bu sahədə innovativ ideyalarının reallaşması üçün yaradılan əlverişli şəraitdən Gəncədə danışılıb. “Aqrar İnnovasiya və Startaplar” forumunda startapçıların aqrar sahədə fəaliyyət göstərən qabaqcıl iri şirkətlərə öz layihələrini təqdim etmək imkanlarının olduğu diqqətə çatdırılıb. Bu cür forumların regionlarda keçirilməsinin bölgələrdə startapların inkişafına təkan verəcəyi bildirilib. Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan forum çərçivəsində 30-dan çox startapın təqdimı olub.
Lalə Nəsib