Gəncədə boks üzrə şəhər birinciliyi keçirilib
Gəncə Olimpiya İdman Kompleksində boks üzrə şəhər birinciliyi keçirilib. Mübarizəyə 2008-2009-cu il təvəllüdlü yeniyetmələr qatılıblar. 17 çəki dərəcəsi üzrə təşkil olunan yarışda 100-dən artıq dəri əlcək sahibi mükafatlar uğrunda mübarizə aparıb. Yarışın sonunda ilk üçlüyə düşən boksçular medal və diplomlarla təltif olunublar.
Lalə Nəsib