Gəncədə Cavad xanın xatirəsi yad edilib
Gəncə Xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi anılıb. Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edilib. 220 il əvvəl 1804-cü ilin yanvarında, Rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinə dək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.
Lalə Nəsib