Canlı
Gəncədə fərdi yaşayış evində yanğın olub

Səhər saatlarında Gəncənin Poçt qəsəbəsi İsrafilbəyov küçəsi, 25 ünvanında İslam Sadıqova məxsus evdə yanğın baş verib. Hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 kv.m sahədə və ona bitişik, digər vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib. Xəsarət alan olmayıb.

Vəfa Şairova