Gəncədə həkimin üzərinə aqlay düşüb
Gəncədə bədbəxt hadisə baş verib. Şəhərin Müseyib Bağırov küçəsində 70 yaşlı Əşrəf Əşrəfov küçədə piyada gedən zaman mağazalardan birinin fasadının aqlay örtüyü onun üzərinə uçub. Müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriIən şəxsə sol körpücük sümüyünün sınması və döş qəfəsinin travması diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir. Əşrəf Əşrəfov Gəncədə fəaliyət göstərən özəl xəstəxanaların birində həkim-terapevt işləyir.
Lalə Nəsib