Gəncədə Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş konfrans keçirilib
AMEA-nın Gəncə bölməsində elmi praktiki konfrans keçirilib. Tədbir “Akademik Həmid Araslı və Azərbaycan Ədəbiyyatşünaslığı”na həsr olunub. Bildirilib ki, Həmid Araslının monoqrafiyalarının yazılmasından 50 ildən artıq vaxt keçməsinə baxmayaraq, indi də ədəbiyyat mütəxəssisləri həmin əsərlərə ən etibarlı mənbə kimi müraciət edirlər.
Lalə Nəsib