Gəncədə külək şəhərin elektrik təsərrüfatına ziyan vurub
Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib. Qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb. Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəmkirdə də əsən güclü külək bir neçə kənddə istixanalara zərər vurub, elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır. Küləkli hava şəraiti davam edir.
Lalə Nəsib