Gəncədə mağazanın ərazisində yanğın qeydə alınıb
Gəncənin Atatürk prospektində yerləşən, şəhər sakini Nazim Hüseynova məxsus ümumi sahəsi 74 kvm olan mağazanın ərazisində yanğın qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 4 kvm ərazini əhatə edən alov söndürülüb. İlkin ehtimalla, yanğın elktrik naqillərində qısa qapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib