Gəncədə oğul atasına xəsarət yetirib
Gəncənin Bayan küçəsində 1952-ci il təvəllüdlü Nazim Məmmədov təpə nahiyəsinin çoxsaylı yarası ilə xətəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Onu oğlu Zaur Məmmədov başından balta ilə vurub. Şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib