Canlı
Gəncədə peşə təhsilinin inkişafına dair ümumrespublika müşavirəsi keçirilib

Bu gün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda ümumrespublika müşavirəsi keçirilib. Peşə təhsilində idarəetmənin təkmilləşdirilməsi, monitorinq, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası, peşəyönümü işi, yeni tədris resurslarının, kurikulumların hazırlanması və tətbiqi, habelə digər məsələlər müzakirə olunub, müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Ruhəngiz Hacızadə