Gəncədə seçki ilə bağlı təlim keçirilib
Gəncədə növbədənkənar prezident seçkiləri ilə əlaqədar təlim keçirilib. Məntəqələrdə seçkiyə nəzarət edən məsul şəxslərə seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmini sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi, şikayətlərə dair müvafiq qərarlarının qəbul edilməsi üçün görüləcək işlərdən danışılıb. Bunadak Gəncədə seçkilər 4 dairə üzrə 134 məntəqədə həyata keçirilirdisə, cari ildən dairələrdən birinin dislokasiyası dəyişdirilib. Samux və Goranboydan 26 məntəqə hesabına seçki məntəqələrinin sayı 160-a çatıb.
Lalə Nəsib