Canlı
Gəncədə su pulunu ödəməyən abonentlərin xətləri kəsilib, reydlər davam edir

Gəncədə su pulunun ödənilməsindən yayınan abonentlərə qarşı reyd keçirilir. İşlədilən suya görə ödəniş edilmədiyindən artıq 15 evin su xətti kəsilib. “Gəncə Su Kanal” Törəmə Səhmdar Cəmiyyətindən verilən məlumata görə, elə abonentlər var ki, aylarla, hətta illərlə sərf etdikləri suyun pulunu ödəmir. Cəmiyyətin 4 briqadası tərəfindən şəhər ərazisində keçirilən reydlər ayın sonunadək davam edəcək. Şəhərdə sudan istifadə edən 63 minə yaxın abonent var ki, bunun da yalnız 30 mini suya görə mutamadi olaraq ödəniş edir.

Vəfa Şairova