Gəncədə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
Gəncədə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də, “Xocalı soyqırımı” abidəsinin önündə təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və Xocalı sakinləri iştirak ediblər. Mərasim iştirakçıları “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini yad ediblər.
Lalə Nəsib