Gəncədə yeniyetmə voleybolçular üçün təlim keçirilib
Gəncə Regional Voleybol Klubunun təşkilatçılığı ilə Gəncədən və regiondan olan yeniyetmələrə təlim keçirilib. Təlimdə 9-14 yaş aralığında olanlara bu idman növünün incəlikləri aşılanıb. Potensiallı idmançıların gələcəkdə milli komanda seçmələrinə qatılacağı bildirilib. Klub tərəfindən Gəncədə yerləşən məktəblərdə seleksiya xarakterli işlərə başlanıldığı da vurğulanıb.
Lalə Nəsib