Gəncənin qəsəbələrində qaz təchizatı yaxşılaşdırılır
Gəncədə yeni salınan yaşayış müassivlərinin qazlaşdırılması davam edir. 4 qəsəbədə küçələrin qaz şəbəkəsinə qoşulması işləri görülür. Ümumilikdə 4 km-ə yaxın yeni xəttlər çəkilib, qaztənzimləyici siyirtmələr quraşdırılıb. Boruların çəkilişi yekunlaşdıqdan sonra ev birləşmələri aparılaraq sayğacların quraşdırılması təmin ediləcək.
Lalə Nəsib