Goranboy və Ağstafada avtomobil qəzası olub. Ölən və xəsarət alan var
Goranboyun Nadirkənd kəndində avtomobil divara çırpılıb. Nəticədə Nəticədə maşında olan sərnişin 1987-ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində ölüb. Sürücü İntiqam Cəfərov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ağstafada da avtomobil qəzası nəticəsində 4 nəfər xəsarət alı. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Faktlarla bağlı araşdırma aparılır.
Lalə Nəsib