Canlı
Goranboy və Daşkəsəndə 4 tondan artıq çətənə kolu aşkarlandı

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboyun Mənəş kəndi ərazisində yaşayış olmayan sahədə yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlayıblar. Daxili İşlər Nazirliyinin “Xaş-xaş” 2017 tədbirlər planı çərçivəsində keçirilən əməliyyat zamanı hündürlüyü 2-2,5 metr olan, ümumi çəkisi 2800 kiloqram çətənə kolu zərərsizləşdirilib. Daşkəsən polisinin keçirdiyi tədbirlərlə isə Dəstəfur kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. 1,8 hektardan artıq ərazidən ümumi çəkisi 1500 kloqrama yaxın hündürlüyü 1,5-2 metr təşkil edən 5350 ədəd çətənə kolu toplanıb. Çətənə kolları bir yerə yığılaraq yandırılıb.

Ruhəngiz Hacızadə