Goranboyda oğurluq edən maskalı şəxslər saxlanılıb
Goranboyun Qaradağlı kəndində ərzaq mağazasından 250 manat pul, 2000 manat dəyərində tütün və ərzaq malları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən keçmiş məhkumlar rayonun Yolqulular kənd sakini Əli Məmmədov və Gəncə sakini, Rövşən Qafarov saxlanılıb. Əli Məmmədovun həmkəndlisinin evindən 200 ABŞ dolları və 204 manat pul oğurlaması da məlum olub olub. Faktlarla bağlı cinayət işi başlanılıb.
Lalə Nəsib