Goranboyda piyadanı avtomobil vurub, Ağdamda mikroavtobus maneəyə çırpılıb. Xəsarət alanlar var

Goranboyda hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1951-ci il təvəllüdlü Adil Ələkbərovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bakının Xəzər rayonunda isə 52 yaşlı Natiq Bünyadov idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırparaq aşırıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Ağdamın Birinci Dördyol qəsəbəsində də “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. 3 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Fakt araşdırılır.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik