Hərbçilər Laçında avtoqəzaya düşüb, həlak olanlar var
Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, nəticəsdə Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır.
Lalə Nəsib