Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür
Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər. Müdafiə Nazirliyindən bildirilib ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.
Lalə Nəsib