Hacıqabul və Tovuzda qəza baş verib, ölən və xəsarət alan var
Hacıqabulun Padar kəndində Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub. Quba sakini, 1993-cü il təvəllüdlü Ramin Sərkərov hadisə yerində ölüb. Tovuzda da hərəkətdə olan avtomobil 55 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktlarla bağlı araşdırma aparılır.
Lalə Nəsib