Hacıqabulda polis silsilə əməliyyatlar keçirib
Hacıqabulda polis silsilə əməliyyatlar keçirib. Bakı sakini Natiq Baxşıyevdən çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib. Navahı kənd sakinləri Müşfiq Gözəlov və Məhəmməd Əliyevdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb. Rayon sakini Şəmsəddin Qasımov dan isə “F-1” əl qumbarası və 5 ədəd patron götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Lalə Nəsib