Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib
Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib. Uşaqlara təqdim edilən Yeni il səhnəciyi, müxtəlif nağıl qəhrəmanlarının çıxışları, rəqslər və mahnılar alqışlarla qarşılanıb. Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
Lalə Nəsib