Hikmət Hacıyev: İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması unikal təcrübədir
Azad edilmiş ərazilərin yenidən qurulması beynəlxalq ictimaiyyətlə paylaşılacaq unikal təcrübədir. Prezidentin köməkçisi Hikmət Hacıyev Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində belə deyib. Əlavə edib ki, Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq.
Lalə Nəsib