İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər tutulub
Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartlarını oğurlayan keçmiş məhkum Taleh Nəzərov saxlanılıb. Onun üzərindən əlavə olaraq heroin də aşkarlanıb. O oğurladığı 1110 manat pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib. Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli, qardaşı Elvin və tanışları Anar Abdullazadə tutulublar. Bu şəxslər “izi” itirmək məqsədilə hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Lalə Nəsib