İcma: "Aİ-ni Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan çəkinməyə çağırırıq"
"Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur". Qərbi Azərbaycan İcmasında qeyd edilib ki, Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini sübut edir. İcma bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırır.
Lalə Nəsib