İcma Ermənistanın XİN başçısına cavab verib: "Azərbaycanlıların qayıdış hüququnun inkarı siyasi əxlaqsızlıqdır"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib. Qərbi Azərbaycan İcmasından qeyd edilib ki, azərbaycanlıların qayıdış hüququnu inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır. "Ermənistanın son vaxtlar ortaya atdığı “Sülh kəsişməsi” təşəbbüsünə gəldikdə isə layihəni reallaşdırmaq üçün heç bir imkanı yoxdur. Bu ölkə hələ də utopiya ilə məşğuldur.", - deyə bəyanatda qeyd edilib.
Lalə Nəsib