İcma: "Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır"
Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə arasında sülhün bərqərar olmasına qarşı çıxmaqda davam edir. Qərbi Azərbaycan İcmasından məlumat verilib ki, Azərbaycanı “etnik təmizləmə”də günahlandıran Ermənistan rəsmisi “erməni mədəni irsi” ilə bağlı Qarabağa UNESCO missiyasının göndərilməsinə dair çağırış edib. UNESCO-nun fakt-araşdırıcı missiyası əsrlər boyu Azərbaycan xalqının yaratdığı zəngin mədəni irsin monitorinqi məqsədilə məhz Ermənistana göndərilməlidir. Lakin Ermənistan nəinki UNESCO missiyasına imkan vermir, hətta Azərbaycan xalqının mədəni irsinin mövcudluğunu belə danır. Ermənistan diplomatiyası riyakarlığa və destruktiv fəaliyyətə son qoymalıdır", - deyə bəyanatda vurğulanıb.
Lalə Nəsib