İcma Ermənistan parlamenti sədrinin absurd və böhtan xarakterli açıqlamasını pisləyib
"Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyirik" Qərbi Azərbaycan İcmasından bildirilib ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla həm sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir, həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır. "Ermənistan rəsmiləri İcma ilə dialoqa başlamalıdır", - deyə bəyanatda vurğulanıb.
Lalə Nəsib