İcma: "Yunan nazirin açıqlamaları rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir"
"Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis İrəvanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni bildirib. Qərbi Azərbaycan İcmasından vurğulanıb ki, yunan nazirin bu açıqlaması rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizlik və onun daxili işlərinə kobud müdaxiləsidir. "Yunanıstan Azərbaycana qarşı təxribatçı addımlar atmamalı, Ermənistandan Azərbaycan xalqının mədəni irsini məhv və təhrif etməməyi UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir"-deyə qeyd olunub.
Lalə Nəsib