İcmadan Ermənistan XİN-ə cavab: "Erməni mədəni irsinin dağıdılmasından danışmaq riyakarlıqdır"
Ermənistanın “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. "Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir.", - deyə bəyanatda qeyd edilib.
Lalə Nəsib