İddiaçılar Turnirinin püşkü atılıb, Nicat Abasov ilk turda rusiyalı şahmatçı ilə üz-üzə gələcək
Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb. Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. 28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçisi Fabiano Karuana ilə görüşəcək. Turnir aprelin 2-25-i aralığında reallaşacaq.
Lalə Nəsib