İlham Əliyev: Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir
Almaniya Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Bunu Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Prezident keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrin geniş gündəliyinə daxil olan məsələlərin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda, kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb.
Lalə Nəsib