İlham Əliyev: "Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı çoxşaxəlidir"
Bu səfər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək. Əməkdaşlığımız çoxşaxəlidir və enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu barədə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib. Ölkə rəhbəri ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladıb.
Lalə Nəsib