İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın geniş tərkibdə görüşü olub
Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub. Görüşdə ikitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı vurğulanıb, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlıqdan, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyindən bəhs olunub. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb.
Lalə Nəsib