İmişlidə narkotiklə bağlı saxlanılanlar var
İmişlidə rayon sakinləri Nurəddin Abbaslı və Rəşad Ağayev saxlanılıblar. Onlardan sellofan bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər götürülüb. Rəşad Ağayevin yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən edilib. Həmin ünvanda narkotik vasitə qəbul edən iki şəxs də müəyyən edilərək tutulub. Araşdırmalar davam etdirilir.
Lalə Nəsib