İndiyədək seçicilərin 38,57 faizi səsvermə hüququndan istifadə edib
Azərbaycanda növbədənkənar prezident seçkilərində saat 12-ə olan nəticələr açıqlanıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə seçici fəallığı 38,57 faiz olub. Bu səsvermə hüquqlu seçicilərin 2 milyon 499 min 33 nəfər nəfərinin səs verməsi deməkdir.
Lalə Nəsib