İndiyədək seçicilərin 70,85 faizi səsvermə hüququndan istifadə edib
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17-ə olan seçici fəallığı açıqlanıb. Respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev seçkilərin gedişi ilə bağlı hər hansı neqativ halın qeydə alınmadığını bildirir.
Lalə Nəsib