Canlı
İran 12-ci prezidentini seçir

İranda prezident seçkiləri keçirilir. Post uğrunda 4 namizəd mübarizə aparır. Bunlar ikinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Həsən Ruhani, ölkənin keçmiş baş prokuroru İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır. Həsən Ruhani və İbrahim Rəisi aşkar favorit hesab olunur. Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada ilk turda ən çox səs toplayan iki namizəd mübarizə aparacaq. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin ilkin nəticələri açıqlanmayacaq, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə yalnız yekun nəticələr elan ediləcək.

Vəfa Şairova