İstehlakçıların hüquqlarını pozan şəxslər məsuliyyətə cəlb olunub
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, daha bir müəssisə və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs, həmçinin 2 fiziki şəxs ərəfindən saxlama müddəti ötmüş məhsulların satılması müəyyən edildiyindən barələrində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunub. Fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilib.
Lalə Nəsib