İtaliya Superkuboku: “İnter” və “Napoli” finalda qarşılaşacaqlar
İtaliya Superkubokunun yarımfinal matçında Milan “İnter”i Romanın “Latsio” komandasından üstün olaraq finala çıxıb. Qarşılaşma Səudiyyə Ərəbistanında baş tutub. “İnter”in 3:0 hesabı ilə qalib gəldiyi matçla yanaşı “Napoli” “Fiorentina”nı eyni hesabla məğlub edərək yarışın finalına vəsiqə qazanıb. “İnter” və “Napoli” arasındakı həlledici matç yanvarın 22-də keçiriləcək.
Lalə Nəsib