Canlı
Külək Daşkəsəndə ağacları aşırıb, evlərə və avtomobillərə ziyan dəyib

Külək Daşkəsən rayonunda bir sıra fəsadlar törədib. Əsasən kommunal təsərrüfata ziyan dəyib. Bir neçə yaşayış binasının və fərdi evin dam örtüyü yararsız hala düşüb. Çoxillik ağaclar və gecə işıqlandırma dirəkləri aşıb. Aşan ağaclardan bəziləri avtomobillərin üzərinə düşərək onları yararsız hala salıb. Daşkəsən rayon Fövqəladə Hallar Komisiyasının üzvləri təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması və dəyən ziyanın miqdarının müəyənləşdirilməsi istiqamətində iş aparır.

Fərid Mehdiyev