Kürdəmirdə 14 yaşlı qızı nişanladılar
Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilib. Yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparılıb və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər. DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.
Lalə Nəsib