Kəlbəcər və Laçında 5 KSES-in bərpası üçün iki şirkət ilə müqavilə imzalanıb
Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə Türkiyə şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, layihə azad edilmiş ərazilərdə bərpaolunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək.
Lalə Nəsib