"Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub. Sonuncu matçda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda reallaşan qarşılaşma Gəncə klubunun 3:1 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Kəpəz" 9-cu sıradakı mövqeyini möhkəmləndirib. "Araz-Naxçıvan" isə 27 xalla 6-cı pillədə qalıb.
Lalə Nəsib