"Kəpəz" Azərbaycan kubokunda növbəti mərhələyə vəsiqə qazanıb
Futbol üzrə Azərbaycan kubokunun II təsnifat mərhələsində "Kəpəz" paytaxtın "Baku Sporting" klubu ilə qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən oyunda qərblilər 2:0-lıq qələbəyə sevinib. Kəpəz növbəti raundda Sabaha rəqib olub. II təsnifat mərhələsində "Qaradağ Lökbatan" "Şahdağ Qusar"a 1:0 hesabı ilə qalib gəlib və 1/8 finalda "Neftçi" ilə üz-üzə gələcək.
Lalə Nəsib